Xocavənd sakini: Şükür bu günə ki, yurdumuza qayıdırıq
Far.Az xəbər saytı

Xocavənd sakini: Şükür bu günə ki, yurdumuza qayıdırıq


Şükür bu günə ki, yurdumuza qayıdırıq.

Bu sözləri "Far.Az"a Xocavəndin Qaradağlı kəndinə qayıdan keçmiş məcburi köçkün Gülşən Quliyeva deyib.

O, qeyd edib ki, bu gün həyatının sevincli anlarını yaşayır.

"Çox sevinirəm. Allah Prezidentimizə uzun ömür bəxş etsin, qazilərimizə can sağlığı versin, şəhidlərimizə rəhmət eləsin. Doğma yurda qayıtmaq bu gün nəsib oldu", - G.Quliyeva deyib.

Qeyd edək ki, bu gün Kəlbəcər və Xocavənd şəhərlərinə, həmçinin Cəbrayılın Horovlu kəndinə köç karvanları yola düşəcək. Bu mərhələdə Kəlbəcər şəhərinə 27 ailə, 118 nəfər, Xocavənd şəhərinə 41 ailə, 138 nəfər, Cəbrayıl rayonunun Horovlu kəndinə isə 40 ailə, 196 nəfər köçürüləcək.

Oxşar xəbərlər

İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Köç karvanı Cəbrayılın Horovlu kəndinə çatıb, açarlar təqdim olunub
Cəbrayılın Horovlu kəndinə növbəti köç karvanı yola salınıb
Xocalıya və Cəbrayılın Horovlu kəndinə növbəti köç karvanları yola salınıb
Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər