BDU və "Azera Holdinq" əməkdaşlığa başlayır
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev və "Azera Holdinq"in direktoru Akif Əliyev əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıblar.
Ölkənin aparıcı özəl sektor təmsilçiləri ilə əməkdaşlığın genişləndirilməsini hər zaman yüksək qiymətləndirən rektor Elçin Babayev bu əlaqələrin tədris prosesinin, elmi-tədqiqat fəaliyyətinin səmərəli təşkilinə, tələbə və məzunların məşğulluğunun təmin olunmasına xüsusi töhfə verəcəyinə əminliyini ifadə edib. Ölkənin özəl sektorunda 20 ilə yaxın təcrübəyə malik "Azera Holdinq" ilə əməkdaşlığın ilkin fazasında əsasən kadr hazırlığı və tələbələrin təcrübə proqramlarına cəlb olunacaqlarını söyləyən E. Babayev gələcəkdə birgə tədqiqat işlərinin aparılması, elmi, elmi-kütləvi, sosial tədbirlərin keçirilməsi üçün də universitetdə münbit şəraitin olduğunu diqqətə çatdırıb.
Səmimi qəbul üçün təşəkkürünü bildirən "Azera Holdinq"in direktoru Akif Əliyev rəhbərlik etdiyi qurumun çoxşaxəli fəaliyyəti, layihələr, korporativ sosial məsuliyyət proqramları çərçivəsində tələbələrə yönəlik tədbirlər barədə geniş məlumat verib. Ölkə üçün yüksək ixtisaslı kadr hazırlığında BDU-nun rolunun əvəzsiz olduğunu, son illər universitetdə müasir texnologiyaların geniş tətbiqini yüksək qiymətləndirdiyini bildirən Akif Əliyev məzun olduğu BDU-nun son illərdəki uğurlarına sevindiyini gizlətməyib. O, imzalanan memorandumun hər iki qurum üçün faydalı olacağına, tələbələrin təcrübə qazanmasına və karyera imkanlarının artırılmasına təkan verəcəyinə əmin olduğunu qeyd edib.
Daha sonra imzalanma mərasimi təşkil olunub. Memorandum bəndlərində tərəflərin müxtəlif istiqamətlər üzrə ortaq tədqiqatlar aparması, BDU tələbələrinin Holdinqdə təcrübə proqramlarına cəlb olunması, tələbə və gənc tədqiqatçılar üçün mentorluq, seminar və təlim proqramlarının təşkili, startap və innovativ layihələrin dəstəklənməsi kimi məsələlər öz əksini tapıb.
Sonda xatirə fotosu çəkilib.
Oxşar xəbərlər
NDU-nun rektoru Elbrus İsayev media nümayəndələri üçün brifinq keçirib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanın 40 rayonunda əkin sahələrinin aprobasiyası prosesi aparılır
-
Serenay Sarıkaya sərbəst buraxıldı
-
FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib
-
Ermənistanda bir partiya seçkidə iştirakdan geri çəkildi
-
"Euronews": Dohada Hörmüz boğazı və uranla bağlı məsələlərə diqqət yetirilib - YENİLƏNİB
-
Pezeşkian: Əli Xamenei ABŞ ilə danışıqlara qarşı olmayıb













