Bakı-Dubay və Bakı-Ciddə reysləri İran hava məkanının bağlı olması səbəbindən Bakıya geri qayıdıb - EKSKLÜZİV
Far.Az xəbər saytı

Bakı-Dubay və Bakı-Ciddə reysləri İran hava məkanının bağlı olması səbəbindən Bakıya geri qayıdıb - EKSKLÜZİV


Azərbaycan Hava Yolları aviaşirkətinin J2-011 nömrəli Bakı-Dubay və J2-1091 nömrəli Bakı-Ciddə reysləri İran hava məkanının bağlı olması səbəbindən Bakıya geri qayıdıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) bildirilib.

Bildirilib ki, Bakı-Dubay reysi Heydər Əliyev Beynəlxalq Aeroportuna 10:47-də uğurla eniş edib. Ciddə reysinin Bakı hava limanına yaxın zamanda enişi gözlənilir.

AZAL Yaxın Şərqdəki mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirləri görür. Sərnişinlər uçuş cədvəlindəki dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaqlar.

Əlavə məlumat əldə etmək üçün sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətlə əlaqə saxlaya bilərlər.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər