Budanov Ukrayna ilə bağlı danışıqların müsbət nəticələnəcəyinə ümid etdiyini bildirib
Far.Az xəbər saytı

Budanov Ukrayna ilə bağlı danışıqların müsbət nəticələnəcəyinə ümid etdiyini bildirib


Ukrayna cəbhədəki döyüş əməliyyatları ilə paralel davam edən Rusiya ilə sülh danışıqlarının müsbət nəticəsinə inanır.

"Far.Az" "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Prezident Ofisinin rəhbəri Kirill Budanov bəyan edib.

Onun sözlərinə görə, bir çoxlarının dialoqa skeptik münasibətinə baxmayaraq, o, uğura ümid edir. Budanov qeyd edib ki, danışıqların müsbət nəticəsi ölkə üçün qələbə olacaq və inkişafa yol açacaq.

Budanov vurğulayıb ki, hazırda hadisələrin müxtəlif inkişaf ssenariləri üçün dəqiq hesablama və fəaliyyət alqoritmləri var.

"Bu, Ukraynanın gələcək inkişafı, qan tökülməsinin dayandırılması, dövlətimizin gələcəyi demək olacaq", - o əlavə edib və Kiyevin Rusiyaya təzyiq üçün bir neçə arqumentinin qaldığına eyham vurub.

Xatırladaq ki, əvvəllər Kirill Budanov Ukraynanın sülh razılaşması naminə öz ərazilərini güzəştə getməyə hazır olmadığını bəyan edib. Onun sözlərinə görə, ərazi bütövlüyü məsələsi prinsipial xarakter daşıyır və alqı-satqı predmeti ola bilməz.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Mehriban Əliyeva Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər