Valdas Dambrauskas: "Sabah" karyeramda çalışdırdığım ən yaxşı komandadır
"Sabah" karyeramda çalışdırdığım ən yaxşı komandadır".
"Report"un məlumatına görə, bu barədə klubun baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Hapoel" lə cavab qarşılaşmasından sonra mətbuat konfransında deyib.
"Çox möhtəşəm gecədir, gözəl atmosferdir. Azarkeşlərə təşəkkür edirəm. Oyunçular möhtəşəm oynadılar. "Sabah" karyeramda çalışdırdığım ən yaxşı komandadır. Dünyanın ən yaxşı turnirinin əsas mərhələsinə vəsiqə qazanmışıq . Bu gün dünyanın ən xoşbəxt baş məşqçisiyəm.
"Hapoel" ən yaxşı pressinq tətbiq edən komanda idi. Bunun nəticəsində qol buraxdıq. Transfer məsələsinə gəlincə, Çempionlar Liqası üçün futbolçular təyin etmişik. Ona görə də transfer barəsində düşünmürük", - deyə o əlavə edib.
Qeyd edək ki, tərəflər arasında Rumıniyanın paytaxtı Buxarestdə baş tutan ilk oyun "Hapoel"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Oxşar xəbərlər
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11
UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununda dördüncü qol vurulub - YENİLƏNİB-6
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Qusarda "Media Kuboku-2026" minifutbol turnirinin qalibi müəyyənləşdi
"Sabah" UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanıb - YENİLƏNİB-11
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şəkidə çaqqal qadına hücum etdi
-
Cavid Abdullayev: "Startap ekosistemi formalaşdırmaq dayanıqlı enerji təchizatı olmadan mümkün deyil"
-
Azər Bayramov: "Bu il 18 dövlət müəssisəsində rəqəmsal transformasiya işləri görülüb"
-
Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili bürünc medal qazanıb - Yenilənib-2
-
İstanbul Fond Birjasının rəhbəri saxlanılıb
-
Ələt-Astara magistralında qəza olub, 2 nəfər ölüb













