"Rystad Energy": "Brent" markalı neftin qiyməti 20 dollar bahalaşa bilər
Norveçin "Rystad Energy" konsaltinq şirkətinin analitikləri martın 2-də "London ICE" birjasında ticarət sessiyası açılarkən "Brent" markalı neftin qiymətinin 20 dollaradək sıçrayış edəcəyini proqnozlaşdırırlar.
"Far.Az" xəbər verir ki, mütəxəssislərin sözügedən proqnozlarını TASS təqdim edib.
Məlumata görə, həftəsonu ərzində Yaxın Şərqdəki münaqişənin deeskalsiyasına dair aydın və etibarlı siqnallar gəlməzsə, belə bir nəticə qaçılmaz ola bilər.
Qiymət artımının əsas səbəbi dünya ixracatının təxminən 30 %-nin (gündəlik 15 milyon barel) keçdiyi Hörmüz boğazının bloklanması olacaq. Analitiklərin fikrincə, alternativ boru kəmərlərindən maksimum istifadə edildiyi təqdirdə belə, bazarda gündəlik 8 milyondan 10 milyon barelə qədər fiziki kəsir yaranacaq.
Hücumlar başlamazdan əvvəl "Brent" neftinin qiyməti iyul ayından bəri maksimum həddə (72,48 dollar) çatmışdı və ilin əvvəlindən bəri təxminən 20 % artım nümayiş etdirmişdi. "OPEC+" böhran səbəbindən bazar günü keçiriləcək iclasda neft hasilatının artırılması məsələsinə baxa bilər.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti olaraq bağlayıb.
ABŞ və İsailin İrana hücumları nəticəsində İranın Dövlət Xəbər Agentliyi Əli Xameneinin öldürüldüyünü təsdiqləyib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Hörmüzdə neft qarşıdurması – ANALİTİKA
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb













