SOCAR və BP üçüncü ölkələrdə layihələrdə birgə iştirakı nəzərdən keçirib
Far.Az xəbər saytı

SOCAR və BP üçüncü ölkələrdə layihələrdə birgə iştirakı nəzərdən keçirib


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və BP şirkəti arasında üçüncü ölkələrdə müxtəlif layihələrdə birgə iştirak imkanları nəzərdən keçirilib.

"Far.Az" SOCAR-a istinadən xəbər verir ki, bu barədə müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəfin BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə görüşündə aparılıb.

Görüşdə SOCAR ilə BP arasında uzun illərdir davam edən uğurlu əməkdaşlıq məmnunluqla qeyd edilib, birgə icra olunan layihələrin önəmi vurğulanıb. Bu xüsusda, "upstream" layihələri, o cümlədən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) və NAG (Sərbəst Qaz), "Şahdəniz kompressiya", "Qarabağ", "Əşrəfi-Dan Ulduzu-Aypara" (ƏDUA) və "Şəfəq-Asiman" layihələri üzrə görülən işlər müzakirə olunub.

Söhbət zamanı "midstream" və bərpaolunan enerji layihələri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

"SOCAR Midstream" ağacəkmə aksiyası keçirib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər