İspaniya ABŞ-yə öz hərbi bazalarından İrana qarşı istifadə etməyə icazə verməyib
İspaniya hökuməti İrana qarşı əməliyyat çərçivəsində Rota (Kadis) və Moron-de-la-Frontera (Sevilya) hərbi bazalarından istifadəyə icazə verməyib.
"Report" xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb.
İspaniyanın xarici işlər naziri Xose Manuel Albares bəyan edib ki, hökumət ikitərəfli razılaşmaya və BMT Nizamnaməsinin müddəalarına uyğun gəlməyən hərəkətlər üçün bazaların istifadəsinə icazə verməyəcək.
Onun sözlərinə görə, ABŞ və İsrailin İrana qarşı indiki hərbi əməliyyatları bu çərçivəyə uyğun gəlmir.
Madrid İrana zərbələr üçün bazalardan istifadəyə icazə verməkdən imtina etdikdən sonra ABŞ-nin bir neçə yanacaqdoldurma təyyarəsi İspaniyadakı Rota və Moron-de-la-Frontera hərbi bazalarından çıxarılıb.
Müdafiə naziri Marqarita Robles ABŞ-nin İspaniyada daimi əsaslarla yerləşdirilmiş bir neçə yanacaqdoldurma təyyarəsinin bazaları tərk etdiyini təsdiqləyib. O qeyd edib ki, yerdəyişmə barədə qərar ABŞ tərəfindən qəbul edilib.
"Reuters"in "FlightRadar24" xidmətinə istinadən verdiyi məlumata görə, İspaniyanın cənubundan 15 təyyarə uçub. Doqquz təyyarə Moron bazasını tərk edərək Almaniyaya istiqamətlənib, iki təyyarə Rota bazasından Fransanın cənubuna doğru uçub, daha dörd təyyarə də ölkə ərazisini tərk edib.
Albares vurğulayıb ki, ABŞ-nin hərəkətləri gözlənilməz nəticələrə səbəb ola bilər. O, Avropa İttifaqını gərginliyin azaldılmasına və tərəflərin dialoqa qayıtmasına kömək etməyə çağırıb.
Oxşar xəbərlər
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Nazirlik bu yanacaqdoldurma məntəqəsinin fəaliyyətini dayandırdı
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
11 illik buraxılış imtahanının nəticələri elan olunub
-
Starmer: Fransa və Britaniya Hörmüzdə müdafiə xarakterli hərbi missiyaya başlamağa hazırdır
-
Martın 9-da keçirilən buraxılış imtahanının nəticələri elan olunub, 3 nəfər maksimal bal toplayıb
-
Hikmət Hacıyev: Genişmiqyaslı layihələrə Ermənistanın tranzit ölkə kimi qoşulması mümkündür
-
IAF Azərbaycanda kosmik sahənin inkişafını yüksək qiymətləndirir
-
BVF Venesuelaya maliyyə dəstəyi proqramı hazırlamağı planlaşdırır













