Qızılın qiyməti kəskin artıb
Far.Az xəbər saytı

Qızılın qiyməti kəskin artıb


Martın 3‑ü, 2026‑cı il tarixində qızılın dünya birjalarında qiyməti yüksək səviyyədə qalıb. Bir troya unsiyası (təxminən 31,10 qram) üçün qiymət 5 350–5 370 ABŞ dolları civarında olub. Bu, investorların geosiyasi risklər və iqtisadi qeyri‑müəyyənlik fonunda təhlükəsiz aktivlərə – qızıla yönəlməsini göstərir.

Far.Az xəbər verir ki, Yaxın Şərqdə İran-ABŞ, İsrail qarşıdurmasından əvvəl - 2026‑cı ilin fevral ayının əvvəllərində qızılın qiyməti 4 900–5 000 dollar arasında dəyişib, martın 1-i isə 5 278–5 300 dollar civarında olub. Martın 3-ünə qiymət artımı 6–10% səviyyəsində müşahidə edilib.

Ekspertlər bildirirlər ki, İran‑ABŞ‑İsrail müharibəsi fonunda geosiyasi gərginlik qızıl qiymətlərinin yüksəlməsinə təsir göstərib. Risklərin artdığı dövrlərdə investorlar təhlükəsiz aktivlərə yönəldikləri üçün qiymətlər yüksəlir və yüksək qalır.

Hazırda qızıl bazarında trend artım istiqamətindədir və geosiyasi qarşıdurmalar qiymətlərin yüksək qalmasını şərtləndirən əsas amillərdən biridir.

Oxşar xəbərlər

Kriptovalyuta bazarı təzyiqdə: likvidlik azalır, investorlar təhlükəsiz aktiv axtarır - ARAŞDIRMA
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər