NK-nın silahların və strateji materialların ixracı üzərində nəzarəti təşkil etmək səlahiyyətinin ləğvi qəbul edilib
Milli Məclis Nazirlər Kabinetinin silahların və strateji materialların ixracı üzərində nəzarəti təşkil etmək səlahiyyətinin ləğvini qəbul edib.
"Far.Az" xəbər verir ki, bununla bağlı Əmək və Cəzaların İcrası Məcəllələrində, "Müdafiə haqqında", "Veteranlar haqqında", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Polis haqqında", "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" və "Bədən tərbiyəsi və idman haqqında" qanunlarda dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirə olunub.
Layihədə qeyd edilib ki, sənəddə qanunvericilik sisteminin təkmilləşdirilməsi və mövcud idarəetmə strukturuna uyğunlaşdırılması məqsədilə qeyd olunan qanunlarda müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur.
Belə ki, 2011-ci il 23 dekabr tarixli "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun qüvvəyə minməsinə qədər hərbi komissarlıqlar bilavasitə Müdafiə Nazirliyinin strukturunda fəaliyyət göstərirdi. "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqinin təmin edilməsi, müvafiq sahədə idarəetmə strukturunun təkmilləşdirilməsi, onun müasir tələblərə uyğun qurulması məqsədi ilə Müdafiə Nazirliyinin tabeliyində olan Hərbi Komissarlığı, Naxçıvanın Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilib və onların əsasında 2012-ci il 13 fevral tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Müdafiə Nazirliyinin tabeliyində olmayan, müstəqil mərkəzi icra hakimiyyəti orqanıdır. Bu Xidmətin fəaliyyəti və maddi-texniki təchizat qaydası Prezidentin müvafiq fərmanları, həmçinin "Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə" ilə tənzimlənir. Ona görə də, bu səlahiyyətlərin Nazirlər Kabinetinə aid olması normasını əks etdirən abzasın "Müdafiə haqqında" qanunun 6-cı maddəsindən çıxarılır.
Eyni zamanda layihədə göstərilən digər qanunlardan da "hərbi komissarlıq" sözlərinin çıxarılması nəzərdə tutulur.
Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq bir oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Milli Məclisin növbəti plenar iclasında ombudsmanın illik məruzəsi müzakirə olunacaq - YENİLƏNİB
MM-in payız sessiyasının dekabrın 30-da keçiriləcək son plenar iclasının gündəliyi açıqlanıb - YENİLƏNİB
Milli Məclisin növbəti plenar iclasında Amnistiya aktı müzakirə olunacaq - YENİLƏNİB
Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclası başladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Estoniyaya aid patrul gəmisi Rusiya sərhədini pozub
-
Süd BAHALAŞACAQ
-
Əraqçi: Qonşularımız bizim prioritetimizdir
-
Azərbaycan hərbçiləri "EFES-2026" təlimində iştirak üçün Türkiyəyə yola düşüblər
-
7 yaşlı Səid fitri istedadı ilə hər kəsi heyrətləndirdi
-
İranda "İnternet Pro" məhdudiyyətləri müvəqqəti xarakter daşıyır













