"SOCAR Green" bərpa olunan enerji layihələri üzrə portfelini genişləndirir
Far.Az xəbər saytı

"SOCAR Green" bərpa olunan enerji layihələri üzrə portfelini genişləndirir


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi olan "SOCAR Green" şirkəti "SOCAR Petroleum"un yanacaqdoldurma məntəqələrində günəş enerjisi həllərini tətbiq etməyi planlaşdırır.

"Far.Az" xəbər verir ki, bunu "SOCAR Green" şirkətinin direktoru Elmir Musayev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında bildirilib.

Onun sözlərinə görə, hazırda şirkət tərəfdaşlarla birlikdə bərpa olunan enerji sahəsində yeddi irimiqyaslı layihə həyata keçirir.

"Xüsusilə, biz BP şirkəti tərəfindən icra olunan, Cəbrayılda 240 MVt gücündə "Şəfəq" günəş elektrik stansiyasının (GES) tikintisi layihəsində iştirak etməyimizlə qürur duyuruq. Çünki layihə azad edilmiş ərazidə yerləşir və eyni zamanda neft-qaz infrastrukturunun, xüsusən də neft-qaz terminalının dekarbonizasiyasına töhfə verir.

Eyni zamanda, nümayəndəsi burada iştirak edən və strateji tərəfdaşımız olan BƏƏ-nin "Masdar" şirkəti ilə birlikdə bərpa olunan enerji mənbələri sahəsində üç layihə həyata keçiririk. Bunlar ümumi gücü bir giqavatdan bir qədər az olan iki günəş və bir külək enerjisi üzrə layihədir", - E.Musayev bildirib.

Şirkətin direktoru qeyd edib ki, "SOCAR Green"in həmçinin çinli tərəfdaşlar ilə birlikdə işlənmə mərhələsində olan üç layihəsi var: "Biz çinli tərəfdaşlarla hər birinin gücü 200 MVt olan iki pilot ofşor külək enerjisi layihəsi üzərində işləyirik. Ofşor külək enerjisi potensialının daha ətraflı öyrənilməsindən sonra onların hər birinin gücünün 2-3 GVt-a qədər artırılması imkanı var".

Oxşar xəbərlər

İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında çıxış edib
Ötən ilin "yaşıl enerji" gündəminə baxış - TƏHLİL
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər