Yaxın Şərq riski fonunda Çin neft və gəmiçilik şirkətlərinin səhmləri ucuzlaşıb
Yaxın Şərqdəki münaqişə ilə bağlı risk xəbərdarlıqları fonunda Çin neft və gəmiçilik şirkətlərinin səhmləri kəskin ucuzlaşıb.
BAKU.WS Bloomberg-ə istinadən xəbər verir ki, neft qiymətlərində qeyri-sabitlik və dəniz daşımaları bazarındakı qeyri-müəyyənliklə bağlı narahatlıqlar Çin biznesinə mənfi təsir göstərib.
China Petroleum & Chemical Corp., PetroChina Co. və Cnooc Ltd səhmləri Şanxay Fond Birjasında 10 faizədək ucuzlaşıb.
Eyni zamanda, China Merchants Energy Shipping Co. və Cosco Shipping Energy Transportation Co kimi iri gəmiçilik şirkətlərinin qiymətli kağızları da gündəlik limit çərçivəsində dəyər itirib.
Şirkətlər bildiriblər ki, neft bazarında və yükdaşıma sektorunda kəskin qiymət dəyişikliklərini proqnozlaşdırmaq mümkün deyil. Analitiklər vurğulayıblar ki, bazarın gələcək istiqaməti əsasən xarici amillərdən asılı olacaq. Bu səbəbdən treyderlərə Yaxın Şərqdə baş verən hadisələri diqqətlə izləmək tövsiyə edilib.
Məlumata görə, bu açıqlamalar neftin bahalaşması və Hörmüz boğazı vasitəsilə enerji daşıyıcılarının tədarükündə yaranan fasilələr fonunda səhmlərin kəskin artımından sonra səsləndirilib. CSI 300 enerji indeksi əvvəlki iki sessiyada təxminən 15 faiz yüksəlib. Martın 4-də isə indeks 7 faiz azalıb.
Neftin qiyməti ABŞ Prezidenti Donald Trumpın Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidi üçün sığorta təminatı və hərbi-dəniz müşayiəti planı barədə bəyanatından sonra korreksiya edib. Buna baxmayaraq, treyderlər bu planın regionda neft tədarükünü qısa müddətdə sabitləşdirəcəyinə şübhə ilə yanaşırlar.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib













