Azərbaycan alman iş adamları ilə investisiya imkanlarını müzakirə edib
Azərbaycan alman iş adamları ilə dayanıqlı sənaye, enerji səmərəliliyi və innovativ maliyyə mexanizmləri sahələrində əməkdaşlıq imkanlarını müzakirə edib.
"Report" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, müzakirələr nazir müavini Anar Axundovun Alman-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Nargis Viyekin rəhbərlik etdiyi iş adamlarından ibarət nümayəndə heyəti ilə görüşdə aparılıb.
Görüş çərçivəsində bərpa olunan enerji mənbələri, dayanıqlı sənaye, enerji səmərəliliyi, sənayenin dekarbonizasiyası, hidrogen texnologiyaları və innovativ maliyyə mexanizmləri sahələrində əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Tərəflər alman iş adamlarının ölkəmizə investisiya imkanlarının araşdırılması və institusional əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıb.
Oxşar xəbərlər
İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub













