Böyük Britaniyanın Kral Prokurorluq Xidmətinin rəhbəri Azərbaycanda səfərdədir
Baş prokuror Kamran Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kral Prokurorluq Xidmətinin rəhbəri Stifen Parkinsonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə “Report”a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Birləşmiş Krallığın Azərbaycanın strateji tərəfdaşı olduğunu qeyd edən Kamran Əliyev ölkələrarası tarixi ticarət və mədəni əlaqələrin mövcudluğuna nəzər salıb.
Azərbaycanın prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlardan danışan Kamran Əliyev müasir dövrdə prokurorluğun cinayətkarlıqla mübarizədə rolundan və bu sahədə beynəlxalq əməkdaşlığın önəmindən danışıb, ölkələrarası təcrübə mübadiləsi, prokurorluq əməkdaşlarının ikitərəfli səfərlərinin əhəmiyyətindən bəhs edib.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Azərbaycanda keçirilməsinin tarixi əhəmiyyətini vurğulayan Baş prokuror Kamran Əliyev, COP29 zamanı Azərbaycan Baş Prokurorluğunun Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi -UNODC ilə birgə noyabrın 15-də “Gücləndirilmiş İqlim Fəaliyyəti üçün Hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” adlı yüksək səviyyəli plenar iclas təşkil etdiyini bildirərək qonaqlara dəvət məktubunu təqdim edib.
Kral Prokurorluq Xidmətinin rəhbəri səmimi qəbula görə minnətdarlığını ifadə edərək prokurorluq orqanlarında həyata keçirilən islahatları, iki ölkənin prokurorluq orqanları arasında mövcud əlaqələri yüksək qiymətləndirib.
Oxşar xəbərlər
Kamran Əliyev özbəkistanlı həmkarını Bakıda Yüksək Səviyyəli plenar sessiyaya dəvət edib
Efiopiyalı nazir: Azərbaycanla münasibətlərin hərtərəfli inkişafı üçün əlverişli mühit var
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
Monqolustanın baş prokuroru: Azərbaycan Prokurorluğu ilə əlaqələr yüksək səviyyədədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün 23,9 min bakalavr magistraturaya II cəhd qəbul imtahanı verəcək
-
Cəmil Məmmədli: "Dürüst yaşayan yapon da müsəlmandır"
-
Dünyada hər dörd nəfərdən biri gecəqonduda yaşayır - BMT-dən şok statistika
-
Kulibali: UN-Habitat-ın Azərbaycanla əməkdaşlığı Afrika ilə təcrübə mübadiləsi üçün körpü ola bilər
-
IND: Mənzil böhranını həll etmək üçün hər gün 96 min ev təhvil verilməlidir
-
Mexikonun meri: Bakı şəhərsalma mövzusunun müzakirəsi üçün strateji məkandır













