Sumqayıt və Qazax kolleclərinə yeni rəhbər təyinatları edilib
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrləri ilə Zülfiyyə Hüseynova Sumqayıt Musiqi Kollecinə tədris işləri üzrə direktor müavini, Turanə Məmmədova isə Qazax Dövlət Sosial-İqtisadi Kollecinə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.
Far.Az Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki, Zülfiyyə Hüseynova bakalavriat, magistratura və doktorantura təhsilini Azərbaycan Milli Konservatoriyasında "Musiqişünaslıq" ixtisası üzrə alıb.
O, müxtəlif illərdə Şuşa Musiqi Kollecində müəllim, Azərbaycan Milli Konservatoriyasında isə müxtəlif vəzifələrdə fəaliyyət göstərib. Elmi-pedaqoji fəaliyyəti çərçivəsində respublika və beynəlxalq səviyyəli konfranslarda iştirak edib, bir sıra elmi məqalələri nəşr olunub.
Turanə Məmmədova bakalavr təhsilini "Tarix və ictimaiyyət", magistratura təhsilini isə "Təhsilin pedaqogikası və metodikası" ixtisası üzrə alıb. Daha sonra təhsilini ADA Universitetində "Təlim və tədrisin təşkili və metodikası" ixtisası üzrə davam etdirib. O, son təyinatadək Şəmkir Rayon İcra Hakimiyyətində məsləhətçi vəzifəsində çalışıb.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Şuşa Dövlət Musiqili Dram Teatrında inkluziv bir qizin mono tamaşası
NDU-nun rektoru Elbrus İsayev media nümayəndələri üçün brifinq keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
11 illik buraxılış imtahanının nəticələri elan olunub
-
"Ulduz" metrostansiyasının ətrafındakı yol yararsız haldadır
-
Starmer: Fransa və Britaniya Hörmüzdə müdafiə xarakterli hərbi missiyaya başlamağa hazırdır
-
Martın 9-da keçirilən buraxılış imtahanının nəticələri elan olunub, 3 nəfər maksimal bal toplayıb
-
Azərbaycanda rekord: katarakta əməliyyatı cəmi 1 dəqiqə 39 saniyəyə icra edildi
-
Qəhvə aşağı təzyiqi "xilas etmir" – həkimlərdən 3 vacib açıqlama













