SEPAH Müctəba Xameneiyə sədaqət andı içib
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölməsi) İslam Respublikasının yeni Ali Lideri Müctəba Xameneiyə sədaqət andı içib və onun göstərişlərinə əməl etməyə hazır olduğunu bildirib.
"Report"un məlumatına görə, bu barədə SEPAH-ın Mətbuat xidməti məlumat yayıb.
Bəyanat İranın Dövlət Televiziyası tərəfindən yayılıb.
"Mühafizəçilər korpusu sadiq əsgər və hakimiyyətin güclü dayağı olaraq, rəhbərlik üzrə hörmətli Ekspert Şurasının seçimini dəstəkləyərək, cənab Ayətullah Seyid Müctəba Xameneinin ilahi göstərişlərinə tam tabe olmağa və fədakarlıqla əməl etməyə hazırdır", - bəyanatda deyilir.
İran İslam Respublikasının Ekspertlər Şurası Müctəba Xameneini İslam Respublikasının yeni Ali rəhbəri seçib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsraildəki obyektlərə hücum edərək, genişmiqyaslı cavab əməliyyatı başladığını açıqlayıb. Həmçinin ABŞ-nin Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektləri də zərbələrə məruz qalıb.
İslam Respublikasının Ali rəhbəri Əli Xamenei fevralın 28-də İrana zərbələr zamanı öldürülüb.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Brent" neftin qiyməti ötən ilin avqustundan ilk dəfə 102 dolları keçib
-
ABŞ-nin İrana qarşı əməliyyatda öldürülən hərbçilərinin sayı yeddiyə çatıb
-
"Brent" neftin qiyməti 118 dolları ötüb - YENİLƏNİB
-
Şəmkirdə avtomobil aşıb, xəsarət alanlar var
-
Bu gün 58 mindən çox şagird buraxılış imtahanı verəcək
-
Ceyhun Bayramov Stiven Dauti ilə Yaxın Şərqdəki hərbi eskalasiyanı müzakirə edib













