"Hizbullah" İranın yeni ali liderinə sadiqliyini bəyan etdi
Livanın "Hizbullah" hərəkatı Müctəba Xameneinin İranın ali lideri seçilməsini alqışlayıb və İranla ortaq yoluna sadiq qaldığını bəyan edib.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə hərəkatın "Telegram" kanalında yayımlanan bəyanatda bildirilir.
"ABŞ və İsrailin cinayətkar təcavüzünə baxmayaraq, Ekspertlər Şurasının yeni liderin seçilməsində nümayiş etdirdiyi müdriklik və məsuliyyəti yüksək qiymətləndiririk. İranın mübarək rəhbərliyinə sarsılmaz sadiqliyimizi təsdiqləyirik", - deyə bəyanatda vurğulanır.
Xatırladaq ki, 9 mart 2026-cı ildə İranın yeni ali liderinin seçildiyi məlum olub. Bu posta fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı nəticəsində öldürülən ayətullah Əli Xameneinin oğlu Müctəba Xamenei seçilib. Ekspertlər Şurası onun namizədliyini yekdilliklə təsdiqləyib.
Beləliklə, Müctəba Xamenei Ruhullah Xomeyni və Əli Xameneidən sonra İranın üçüncü ali lideri olub.
Oxşar xəbərlər
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM
Media nümayəndələri təltif edilib - Prezidentdən SƏRƏNCAM
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır













