ABŞ səfirliyi Beyrutdakı vətəndaşlarına "sığınacaqda qalın" çağırışı edib
ABŞ-nin Livandakı səfirliyi Beyrutda yaşayan ABŞ vətəndaşlarına təhlükəsizlik xəbərdarlığı edərək onları "yerində sığınacaqda qalmağa" çağırıb.
Far.Az xəbər verir ki, bu barədə səfirlik bəyanat yayıb.
Səfirliyin yaydığı təhlükəsizlik bildirişində qeyd olunub ki, Livanı tərk etmək üçün mövcud imkanlardan istifadə etməyən amerikalılar mümkün təhlükələrə görə hazır olmalı və sığınacaqda qalmağa hazır vəziyyətdə olmalıdırlar.
Diplomatik nümayəndəlik ABŞ vətəndaşlarına "evlərində və ya başqa təhlükəsiz binada qorunan bir yer tapmağı", həmçinin qida, su, dərman və digər zəruri ehtiyatları əvvəlcədən toplamağı tövsiyə edib.
Məlumata görə, son bir həftə ərzində İsrail və "Hizbullah" arasında baş verən döyüşlər nəticəsində Livanda yarım milyondan çox insan məcburi köçkünə çevrilib. İsrailin hücumları nəticəsində azı 486 nəfərin öldüyü bildirilir.
There is no higher priority than the safety and security of American citizens for President Trump, Secretary of State Rubio, and the entire Department of State.
— U.S. Embassy Beirut (@usembassybeirut) March 9, 2026
We are working on additional options to assist Americans to depart the Middle East. Please continue to check your…
Oxşar xəbərlər
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır













