Rövşən Nəcəf: "SOCAR ABŞ-dəki layihələrə çıxış və pay əldə etməkdə çox maraqlıdır"
"İndi dəniz neft və qaz ilə paralel olaraq, biz quru və ənənəvi sahələri də inkişaf etdiririk. Bu mənada ABŞ şirkətləri texnologiyaya, biliklərə və təcrübəyə çıxış imkanları baxımından təbii tərəfdaşlardır".
Far.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri SOCAR-ın prezidenti Rövşən Nəcəf ABŞ-Azərbaycan Ticarət Palatasının 30 illiyinə həsr olunmuş "Amerika Birləşmiş Ştatları-Azərbaycan Ticarət və Biznes Gündəliyi: Bazarların Birləşdirilməsi - Gələcəyin Qurulması" adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.
O bildirib ki, artıq "Exxon" ilə bu əməkdaşlığa başlanılıb. "Həmkarlarımız və ABŞ şirkətləri müzakirələrdə iştirak edirlər. SOCAR da ABŞ-dəki layihələrə çıxış əldə etməkdə və onlarda pay və maraq əldə etməkdə çox maraqlıdır və ABŞ-də bir neçə tərəfdaşla aktiv müzakirə prosesi gedir. Bu günlərdə etibarlı enerji mənbələrinin nə qədər vacib olduğunu görürük. Düşünürdüm ki, bu, Avropanın enerji təhlükəsizliyinin qorunmasında mühüm rol oynayacaq", - deyə o bildirib.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak edib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Rövşən Nəcəf bir sıra xarici şirkətlə əməkdaşlıq imkanlarını müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub













