Rövşən Nəcəf: "Azərbaycan regional enerji mərkəzi kimi mövqeyini möhkəmləndirib"
Azərbaycan regional enerji mərkəzi və Xəzər regionuna açılan mühüm qapı kimi mövqeyini daha da möhkəmləndirib.
"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, bunu şirkətin prezidenti Rövşən Nəcəf Vaşinqtonda keçirilən ABŞ–Azərbaycan Ticarət və Biznes Konfransında iştirakı zamanı çıxışında bildirib.
Konfrans Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlığın inkişafı, o cümlədən iqtisadi əməkdaşlığın genişləndirilməsi, ticarət əlaqələrinin gücləndirilməsi kimi məsələlərə həsr olunub. Konfrans çərçivəsində "İkitərəfli ticarətin və strateji əməkdaşlığın gücləndirilməsi" mövzusunda açılış sessiyası keçirilib.
Açılış sessiyasında çıxış edən SOCAR-ın prezidenti otuz ildən çox müddətdə Azərbaycan ilə ABŞ arasında enerji sahəsində uğurla davam etdirilən əməkdaşlığın ölkəmizin enerji sektorunun inkişafına mühüm töhfə verdiyini bildirib. ABŞ şirkətlərinin Azərbaycanın iri neft-qaz layihələrində iştirak edən ilk tərəfdaşlardan olduğunu söyləyən SOCAR-ın prezidenti bu əməkdaşlığın möhkəm təməlinin "Əsrin müqaviləsi"nin imzalanması ilə qoyulduğunu deyib.
R. Nəcəf strateji coğrafi mövqeyi, inkişaf etmiş infrastrukturu və uzun illər ərzində formalaşmış uğurlu beynəlxalq əməkdaşlıq təcrübəsi sayəsində Azərbaycanın regional enerji mərkəzi və Xəzər regionuna açılan mühüm qapı kimi mövqeyini daha da möhkəmləndirdiyini qeyd edib.
Ötən illər ərzində SOCAR ilə ABŞ şirkətləri arasında səmərəli əməkdaşlığın enerji sektorunun müxtəlif istiqamətlərində genişləndiyini söyləyən Rövşən Nəcəf bu tərəfdaşlığın kəşfiyyat və hasilat ilə yanaşı, mühəndislik, rəqəmsal texnologiyalar və dayanıqlılıq təşəbbüslərinə qədər mühüm istiqamətləri əhatə etdiyini vurğulayıb. Xüsusilə, süni intellektin biznesdə istifadəsinin geniş vüsət alması ilə Data mərkəzlərinin yaradılmasına tələbatın artdığı bir dövrdə bu məsələnin də diqqət mərkəzində olduğunu qeyd edib.
SOCAR-ın prezidenti Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya etibarlı təbii qaz tədarükləri həyata keçirdiyini bildirərək ölkəmizin Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynadığını diqqətə çatdırıb.
Regional bağlantıların inkişafının Cənubi Qafqazda iqtisadi əməkdaşlığın və uzunmüddətli sabitliyin formalaşmasındakı rolundan bəhs edən R.Nəcəf TRIPP təşəbbüsünün ticarətin təşviqi və regional inteqrasiyanın artırılması baxımından mühüm imkanlar yaratdığını diqqətə çatdırıb.
Tədbirdə enerji, texnologiya və maliyyə sektorları üzrə əməkdaşlıq imkanlarına dair bir sıra panel müzakirələri təşkil olunub. SOCAR-ın vitse-prezidenti Əfqan İsayev "Enerji infrastrukturunun inkişafı və gələcəyin enerji sektoruna kapital axını" mövzusunda keçirilən panel sessiyasında çıxış edib.
Qeyd edək ki, ötən ay "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası" imzalanıb. Bu xüsusda, ABŞ–Azərbaycan Ticarət və Biznes Konfransı iki ölkənin şirkətləri arasında biznes əlaqələrinin genişləndirilməsi, yeni investisiya imkanlarının müəyyənləşdirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.
Oxşar xəbərlər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək













