Həbsxanadakı ilk müsahibəsində qadınlara qarşı zorakılıqdan danışdı
Far.Az xəbər saytı

Həbsxanadakı ilk müsahibəsində qadınlara qarşı zorakılıqdan danışdı


Hollivudun məşhur prodüseri Harvi Vaynşteyn həbsxanada olan ilk müsahibəsində qadınlara qarşı zorakılıqdan danışıb.

BAKU.WS xəbər verir ki, bu barədə "The Hollywood Reporter" qəzeti məlumat yayıb.

Harvi jurnalistlə söhbətində haqqında irəli sürülən bütün zorakılıq iddialarını rədd edib.

O, onu təcavüzdə ittiham edən bəzi qadınlarla sevgili olduğunu bildirib.

Harvi onu da əlavə edib ki, o həmin vaxt hərəkətlərindən xəbərsiz olan gözəl bir qadınla evli idi.

"Bir qadına cinsi təcavüz etmişəmmi? Xeyr. Mən bunu heç vaxt etməmişəm", - deyə Vaynşteyn vurğulayıb.

Prodüserin sözlərinə görə, onu ittiham edən qadınlar bir çox səbəbdən yalan danışıblar, amma əsas səbəb pul olub.

O, qurbanlara külli miqdarda pul ödənildiyini bildirib. Məsələn, bir qadın onu ittiham etdiyinə görə üç milyon dollar alıb.

"Məndən pul qəbzi almaq üçün etməli olduqları tək şey cinsi təcavüz etdiyimi bildirən bir forma doldurmaq idi", - deyə Vaynşteyn bildirib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Evli iş adamı ilə eşq yaşayan və hazırda ektrasens olan MÜĞƏNNİNİN HEKAYƏSİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər