"Baku TV" "YouTube"da 2 milyard baxışı ötüb
"Baku TV"nin Azərbaycan dilində fəaliyyət göstərən rəsmi "YouTube" kanalı 2 milyard baxış həddini ötüb.
"Far.Az" xəbər verir ki, "SocialBlade" beynəlxalq analitik platformasının statistik göstəricilərinə əsasən, "Baku TV"nin "YouTube" kanalı baxış sayına görə Azərbaycan üzrə "Xəbərlər və siyasət" kateqoriyasında birinci yerdə qərarlaşıb.
Ənənəvi televiziya fəaliyyəti ilə yanaşı, rəqəmsal platformalar üzrə əldə olunan nəticələr "Baku TV"nin ölkənin onlayn media məkanında lider mövqeyini möhkəmləndirib. Kanal baxış göstəricilərinə görə Azərbaycanın ən çox izlənilən xəbər və informasiya platformalarından biri kimi mövqe tutub.
"Baku TV"də yayımlanan operativ xəbərlər, analitik proqramlar, müsahibələr və xüsusi reportajlar geniş auditoriya tərəfindən izlənilir. Kanal gündəlik informasiya axınını operativ şəkildə işıqlandırmaqla yanaşı, ictimai-siyasi proseslər, sosial mövzular və regional hadisələrlə bağlı materiallar təqdim edir.
"Global Media Group"a daxil olan "Baku TV"ni sosial media platformaları ilə yanaşı, bütün yerli provayderlər vasitəsilə, həmçinin "Azərspace" peyki üzərindən Avropa və Asiyada izləmək mümkündür
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
"Global Media Group" Media Akademiyasının təlim proqramına start verilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
"Global Media Group" "Xəzəri qoruyaq" ekoloji aksiyasına qoşulub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Tramp: İrana silah tədarükünü bloklamaq üçün "Iron Gate" İşçi Qrupu yaradılıb













