Bakıda 10 nəfərin öldüyü partlayışda təqsirləndirilən vəzifəli şəxslərə amnistiya tətbiq olunub
Far.Az xəbər saytı

Bakıda 10 nəfərin öldüyü partlayışda təqsirləndirilən vəzifəli şəxslərə amnistiya tətbiq olunub


"Bakı Ağac Emalı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışda təqsirləndirilən Tağı İbrahimov və Toğrul Rzayev barəsində amnistiya tətbiq edilərək cəzaları 6 ay azaldılıb.

Far.Az xəbər verir ki, bu barədə Bakı Apellyasiya Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Qərara əsasən, onların cəzası 5 il 6 aya endirilib.

Qeyd edək ki, hadisə 2024-cü ilin yanvarın 15-də Bakının Binəqədi rayonunda baş verib.

İstintaq materiallarında ASC-nin sahibi Tağı İbrahimov və inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulduğu halda bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına səbəb olduqları bildirilib.

İttihama görə, onlar ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurub, eləcə də Tağı İbrahimov külli miqdarda vergiləri ödəməkdən yayınıb.

Tağı İbrahimov Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə təqsirli bilinir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki təqsirləndirilən şəxs 6 il müddətə azadlıqdan məhrum edilib.

Oxşar xəbərlər

Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub
Xalq artisti Hacı Murad Yegizarov II Fəxri xiyabanda dəfn olunub
10 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı məhkəmədə: Övladları üzərindən alver edənlər var
Zərərçəkənlər pul, ev tələb edirlər - Binəqədidə 10 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı məhkəmə
Bakıda 10 nəfərin öldüyü sexdə işləyənlərin əksəriyyətinin fəaliyyəti qanunsuz olub - MƏHKƏMƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər