Anar Quliyev BMT rəsmisilə Qarabağ və Şərqi Zəngəzurda birgə layihələri müzakirə edib
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru xanım Anaklaudia Rossbax ilə görüşüb.
"Far.Az" xəbər verir ki, Anar Quliyev bu barədə "X"dəki hesabında yazıb.
Görüş zamanı may ayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumuna (WUF13Azerbaijan) hazırlıq prosesi müzakirə edilib.
"Qeyd olundu ki, qarşıdan gələn tədbirə beynəlxalq maraq yüksəkdir və bugünədək artıq 15 000-ə yaxın iştirakçı qeydiyyatdan keçib" , - o bildirib və əlavə edib ki, forumun təşkilinə dair əsas məsələlər, hazırlıq çərçivəsində qarşıda duran addımlardan bəhs olunub:
"Əminik ki, WUF13 dayanıqlı şəhər inkişafı və mənzil siyasəti ilə bağlı qlobal çağırışların müzakirəsi üçün mühüm beynəlxalq platforma olacaq.
Eyni zamanda, Azərbaycan ilə UNHabitat arasında əməkdaşlığın genişləndirilməsi, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən birgə layihələr barədə fikir mübadiləsi apardıq".
🇦🇿🇺🇳 Today we had a productive meeting with the Executive Director of the UN Human Settlements Programme (@UNHABITAT), Ms. Anacláudia Rossbach (@AnacludiaRossb1) to discuss the preparations for the @WUF13Azerbaijan that will be held in #Baku2026 this May.
— Anar Guliyev (@_anar_guliyev) March 12, 2026
Significant… pic.twitter.com/ZYRtFayADg
Oxşar xəbərlər
WUF13 ərəfəsində Azərbaycan UN-Habitat ilə saziş imzalayıb - YENİLƏNİB
Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib
Media nümayəndələri üçün WUF13 haqqında məlumatlandırma sessiyası keçirilib
WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin növbəti iclası keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Dəfn pulu"nu almaq ASANLAŞDIRILIR
-
WSJ: ABŞ Dövlət Departamenti xaricdəki səfirliklərə Hörmüzlə bağlı yeni koalisiyanı təşviq etməyi tapşırıb
-
DİN qanunsuz silah saxlayanlara ÇAĞIRIŞ ETDİ
-
Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Gününün tarixi məlum olub
-
WUF13-ə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi olacaq
-
Elvin Kazımov Tailandda muaytay yarışında birinci yerə çıxıb













