AMEA-nın vitse-prezidenti: Azərbaycanda süni intellekt inqilabına bənzər proseslər gedir
Bu gün Azərbaycanda süni intellekt inqilabına bənzər proseslər gedir.
"Report" xəbər verir ki, bunu Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti Rasim Əliquliyev Bakıda "Beynəlxalq Əqli Mülkiyyət Günü" münasibətilə "İnnovativ Potensial: Əqli Mülkiyyət + Süni İntellekt" mövzusunda keçirilən dəyirmi masadakı çıxışında deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda süni intellekt inqilabına bənzər proseslər gedir:
"Bu gün dünyada olduğu kimi, bizdə də müəlliflik hüquqları ilə bağlı boşluqlar var, intellektual mülkiyyətin kimə mənsub olması ilə bağlı şübhələr yaranır. Bu mülkiyyət növünü araşdırmaq lazım gəlir".
R.Əliquliyev qeyd edib ki, son zamanlar elmdə ən böyük təhlükə imitasiya ilə bağlıdır:
"Təhsildə bilik verilməlidir, bilik verənlərlə bilik alanlar arasında sıx münasibətlər olmalıdır. Biliyi insan beyni hazırlamalıdır. Süni intellekt burada ziyanvurucu funksiya rolunu oynayır. Öyrənən normal öyrənə, tədqiqat aparan isə normal araşdırma apara bilmir. Bu, tək Azərbaycanı yox, dünyanı narahat edən problemdir. Maddi mülkiyyət nəsildən-nəslə ötürülə bilir, lakin rəqəmsal aktivlərin vərəsəlik məsələsi sual altındadır".
Oxşar xəbərlər
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Norm ICCX Academy Baku 2026-da yerli tərəfdaş qismində çıxış edib
AMEA-nın Rəyasət Heyətinin "gərgin" iclası
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nazir Arzu Qarazadəyə vəzifə verdi
-
Martın 15-i keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub
-
Bahar Muradova: "Qadınların şəhərsalmada iştirakı keyfiyyətli quruculuğunun vacib şərtidir"
-
Türkiyə ilə Böyük Britaniya arasında tərəfdaşlıq haqqında sənəd imzalanıb
-
ARDNF I rübdə 22 ton qızıl satıb
-
"Sabah" - "Qarabağ" oyununda baş hakimin qərarlarının doğru olduğu təsdiqlənib













