NATO-dan kritik addım: HHM sistemləri Yaxın Şərqə köçürülür
Yaxın Şərqdə münaqişənin kəskinləşməsi fonunda NATO alyansı hava hücumundan müdafiə (HHM) sistemlərinin bir hissəsini Avropadan regiona köçürmək qərarı verib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Senatının Silahlı Qüvvələr üzrə Komitəsində keçirilən dinləmələr zamanı NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı, general Aleksus Qrinkeviç məlumat verib.
General bildirib ki, Aralıq dənizinin şərq hissəsində NATO müttəfiqlərinin qorunması məqsədilə ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının tabeliyində olan hava hücumundan müdafiə vasitələrindən istifadə olunub.
HHM sistemlərinin Yaxın Şərqə köçürülməsi ilə bağlı dəqiqləşdirici suala cavab verən Qrinkeviç bu məlumatı təsdiqləyib.
Qeyd olunub ki, HHM sistemlərinin köçürülməsi ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlarla əlaqədardır. Generalın sözlərinə görə, ABŞ-nin Avropa Komandanlığı artıq regiondakı bəzi sistemlərin sayını azaldaraq onları münaqişə zonasına yönləndirib.
Oxşar xəbərlər
"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi sona çatıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
NATO Avropadakı HHM sistemlərinin bir hissəsini Yaxın Şərqə köçürüb
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır













