Mikayıl Cabbarov Orta Dəhlizin regional inteqrasiyada rolundan danışıb
Far.Az xəbər saytı

Mikayıl Cabbarov Orta Dəhlizin regional inteqrasiyada rolundan danışıb


Orta Dəhliz regionun iqtisadi, ticarət və investisiya inteqrasiyasının gücləndirilməsi üçün mühüm vasitədir.

Far.Az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Çin və Qlobal İdarəetmə Təşəbbüsü" adlı paneldə deyib.

Onun sözlərinə görə, Orta Dəhliz Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirir:

"Orta Dəhliz yalnız Çinlə Türkiyə və Avropa arasında, eləcə də əks istiqamətdə malların ticarəti və tranziti üçün vacib deyil. Bu marşrut daha da önəmlisi regionun iqtisadi, ticarət və investisiya inteqrasiyasının gücləndirilməsi üçün mühüm vasitə kimi istifadə olunur".

Nazir həmçinin bildirib ki, Azərbaycan beynəlxalq hüquqla ayaqlaşmağın əhəmiyyətini yaxşı bilir:

"Biz düzgün və müvafiq alətlərdən istifadə edərək iqtisadi ticarəti regionda da artırmalıyıq. Regionda baş verən hadisələr göstərir ki, beynəlxalq münasibətlər transformativ mərhələdədir".

Oxşar xəbərlər

İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bakıda Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirildi
Mikayıl Cabbarov: "Orta Dəhliz regional inteqrasiyanı gücləndirməkdə mühüm vasitədir"
Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər