Mikayıl Cabbarov: "Orta Dəhliz regional inteqrasiyanı gücləndirməkdə mühüm vasitədir"
Orta Dəhliz regionun iqtisadi, ticarət və investisiya inteqrasiyasının gücləndirilməsi üçün mühüm vasitədir.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Çin və Qlobal İdarəetmə Təşəbbüsü" adlı paneldə bildirib.
Onun sözlərinə görə, Orta Dəhliz Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirir: "Orta Dəhliz yalnız Çinlə Türkiyə və Avropa arasında, eləcə də əks istiqamətdə malların ticarəti və tranziti üçün vacib deyil. Bu marşrut daha da önəmlisi regionun iqtisadi, ticarət və investisiya inteqrasiyasının gücləndirilməsi üçün mühüm vasitə kimi istifadə olunur".
Nazir həmçinin bildirib ki, Azərbaycan beynəlxalq hüquqla ayaqlaşmağın əhəmiyyətini yaxşı bilir: "Biz düzgün və müvafiq alətlərdən istifadə edərək iqtisadi ticarəti regionda da artırmalıyıq. Regionda baş verən hadisələr göstərir ki, beynəlxalq münasibətlər transformativ mərhələdədir".
Oxşar xəbərlər
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Bakıda Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirildi
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib - YENİLƏNİB-2
İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanın 40 rayonunda əkin sahələrinin aprobasiyası prosesi aparılır
-
AQTA-dan Qurban bayramı xəbərdarlığı: Küçədə heyvan kəsənlər cərimələnə bilər
-
Gürcüstandan Azərbaycana qanunsuz dərman keçirilməsinin qarşısı alınıb
-
Serenay Sarıkaya sərbəst buraxıldı
-
SOCAR-a yeni mətbuat katibi təyin edilib
-
FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib













