Türkiyə rəsmisi: "İnflyasiya azalır və yaxın illərdə tək rəqəmli olacaq"
Far.Az xəbər saytı

Türkiyə rəsmisi: "İnflyasiya azalır və yaxın illərdə tək rəqəmli olacaq"


Türkiyədə inflyasiya azalır və yaxın illərdə tək rəqəmli olacağı gözlənilir.

“Far.Az” xəbər verir ki, bunu Türkiyənin maliyyə nazirinin müavini Osman Çelik ölkənin İstanbul şəhərində keçirilən və 13-cü Sığorta Həftəsi çərçivəsində təşkil olunmuş 3-cü Beynəlxalq Sığorta Zirvəsində bildirib.

Bundan başqa, o deyib ki, Türkiyə gələn il üçün 3,5 % iqtisadi artım hədəfləyir və 2027-ci ilə qədər adambaşına düşən ümumi daxili məhsulun (ÜDM) dəyərinin 13 min ABŞ dollarından 20 min ABŞ dollarına çatdırılması planlaşdırılır.

Nazir müavini rəqəmsal transformasiya və iqlim dəyişikliyinin sığorta sektoruna təsir edən əsas amillər olduğunu vurğulayıb.

"Uzunömürlü insanların sayının artması pensiya sistemində çətinliklər yaradır ki, bunun da qarşısını almaq üçün insanları qənaətə təşviq etmək lazımdır. Sektorun məhsul çeşidlərini genişləndirməsi və biznes alətlərini təkmilləşdirməsi zəruridir", – deyə o əlavə edib.

Tədbirdə Azərbaycan Mərkəzi Bankının Baş direktoru Ziya Əliyev, "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyinin İcraçı direktoru Elmar Mirsalayev, eləcə də yerli sığorta şirkətlərinin nümayəndələri də iştirak edir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Sentyabr ayının hava proqnozu açıqlanıb
ING Azərbaycanda 2025-ci il üçün iqtisadi artım proqnozunu açıqlayıb
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
XİN başçısı BMT BA-nın 79-cu sessiyasında çıxış edib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər