1 aylıq körpəsinin bezinə narkotik gizlədən ana həbs edildi
Far.Az xəbər saytı

1 aylıq körpəsinin bezinə narkotik gizlədən ana həbs edildi


Türkiyədə 1 aylıq körpəsinin bezinə narkotik maddə gizlətdiyi müəyyən edilən Dudu Nantu həbs edilib. Onun atası Kasap D. isə məhkəmənin qərarı ilə nəzarətdə saxlamaq şərti ilə azadlığa buraxılıb.

Far.Az xəbər verir ki, yerli polis Narkotiklə Mübarizə Şöbəsinin əməkdaşları şəhərə narkotik gətirilərək satılacağı barədə məlumat əldə ediblər. Aparılan istintaq zamanı şübhəlilər olaraq Dudu Nantu və atası müəyyən edilib.

Keçirilən əməliyyat zamanı həm evdə, həm də avtomobildə axtarış aparılıb. Nəticədə Dudu Nantunun körpəsinin bezinə gizlədilmiş narkotik maddə tapılıb. Hər iki şəxs saxlanılaraq istintaqa cəlb olunub.

Məhkəməyə təqdim olunan şübhəlilərdən Dudu Nantu həbs olunub, Kasap D. nəzarət altında sərbəst buraxılıb.

Araşdırmalar davam edir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər