Anar Quliyev: Dünya əhalisinin evlə təminatı WUF13-ün əsas mövzusudur
Far.Az xəbər saytı

Anar Quliyev: Dünya əhalisinin evlə təminatı WUF13-ün əsas mövzusudur


Dünya əhalisinin evlə təminatı Ümumdünya Şəhərsalma Forumunun (WUF13) əsas mövzusudur.

"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu məsələnin həlli üçün maliyyə önəmlidir. Mənzillərin təkcə layihələndirilməsi və inşası deyil, əhali üçün əlçatanlığı da vacib amildir:

"Çünki dünya ölkələrində, şəhərlərdə kifayət qədər mənzil var və inşa olunmaqdadır, amma əhalinin müəyyən kateqoriyaları o mənzili əldə edə bilmir. Ona görə maliyyə məsələləri çox vacibdir. Azərbaycan bu sahədə bir çox işlər görür. İpoteka və Kredit Zəmanət Fondu illərdir, uğurla fəaliyyət göstərir. Mənzil İnşaatı Dövlət Agentliyi də mənzil əlçatanlığı məsələlərini təmin edir. Bununla bərabər, bir sıra digər alətlər də var. Biz təcrübəmizi bölüşməyə hazırıq və bölüşmək niyyətindəyik".

Oxşar xəbərlər

Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin növbəti iclası keçirilib
Media nümayəndələri üçün WUF13 haqqında məlumatlandırma sessiyası keçirilib
Bakıda 4 otaqlı ev 118 800 manatdan - Ucuz mənzillərin satışı başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər