Yaxın Şərqdəki münaqişə qlobal ərzaq böhranı yarada bilər - SOS
Far.Az xəbər saytı

Yaxın Şərqdəki münaqişə qlobal ərzaq böhranı yarada bilər - SOS


Yaxın Şərq regionunda davam edən silahlı toqquşmalar gübrə təchizatında yaranan fasilələr səbəbindən dünya miqyasında ərzaq qıtlığı ehtimalını artırıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, gərginliyin artması qlobal səviyyədə ən populyar azot gübrəsi sayılan karbamid ixracını ləngidib. Ümumi həcmi 2.1 milyon ton olan məhsulun demək olar ki, yarısı alıcılara çatdırılmayıb.

"Kpler" analitik mərkəzinin məlumatına əsasən, Fars körfəzi zonasında 1.1 milyon tondan artıq gübrə ehtiyatı yığılıb qalıb.

KİV bildirir ki, məhsuldarlığı 50 faizədək artıran bu məhsulun dəyəri Yaxın Şərqdə münaqişə alovlanandan bəri sürətlə bahalaşıb.

Dünya üzrə karbamid ixracının təqribən üçdə bir hissəsi hazırda İran tərəfindən bloklanmış Hörmüz boğazı vasitəsilə daşınır. Təbii qaz ehtiyatlarının azlığı səbəbindən artıq bir sıra Asiya ölkələrində yerləşən gübrə istehsalı müəssisələri də işini dayandırmaq məcburiyyətində qalıb. Hərbi toqquşmaların başlandığı dövrdən etibarən karbamidin bazar qiymətində 40 faizdən çox artım qeydə alınıb.

Oxşar xəbərlər

Növbəti köç karvanı Horovlu və Sos kəndinə çatıb, açarlar təqdim olunub
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
İlham Əliyev Qırmızı Bazar, Hadrut qəsəbələri və Sos kəndinin sakinləri ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər