Türkiyə Azərbaycanla investisiyalar sahəsində əməkdaşlığı genişləndirəcək
Far.Az xəbər saytı

Türkiyə Azərbaycanla investisiyalar sahəsində əməkdaşlığı genişləndirəcək


Türkiyə Azərbaycanla investisiya əməkdaşlığını genişləndirməyə çalışır.

"Report"un məlumatına görə, bu barədə "Rothschild & Co"nun Türkiyədəki sədri Ata Köseoğlu XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən paneldə bildirib.

Onun sözlərinə görə, Türkiyə xüsusilə regional qeyri-sabitliyin hökm sürdüyü indiki şəraitdə mühüm geosiyasi mövqe tutur.

A.Köseoğlu qeyd edib ki, ölkə eyni zamanda Orta və Zəngəzur dəhlizləri də daxil olmaqla iri infrastruktur layihələrinin həyata keçirilməsində fəal şəkildə iştirak edir: "Türkiyə Azərbaycanla birgə investisiya fəaliyyətinin daha da intensivləşdirilməsi istiqamətində iddialı şəkildə köklənib".

Onun fikrincə, iki ölkə arasında iqtisadi əlaqələr artıq əhəmiyyətli həcmə çatıb: "Belə ki, ilin sonuna olan məlumata görə, Azərbaycanın Türkiyəyə investisiyalarının həcmi təxminən 21 milyard dollar təşkil edib. Azərbaycan bu yaxınlarda Türkiyə iqtisadiyyatına əlavə olaraq 7 milyard dollar investisiya yatırmağı planlaşdırdığını elan edib".

A.Köseoğlu, həmçinin bildirib ki, Zəngəzur dəhlizi çərçivəsindəki layihələrlə bağlı müqavilələrin əhəmiyyətli hissəsi Türkiyə şirkətləri tərəfindən həyata keçirilir.

Oxşar xəbərlər

İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər