İsrail İranın yeni ali liderinə BU TƏLƏBLƏ müraciət etdi
İsrailin xarici işlər naziri İranın yeni ali liderinə qarşı irəli sürdüyü tələbi ilə diqqət çəkib.
Far.Az "lenta.ru"ya istinadən xəbər verir ki, İsrailin xarici işlər naziri Gideon Saar İranın yeni Ali lideri Müctəba Xameneidən üzünü göstərməsini tələb edib.
O, bu açıqlamanı estoniyalı həmkarı Marqus Tsahkna ilə birgə keçirdiyi mətbuat konfransında verib.
Bu barədə İsrail Xarici İşlər Nazirliyi də məlumat yayıb.
"16 mart axşamı İsrail Müdafiə Qüvvələrinin zərbələri nəticəsində İranın Təhlükəsizlik Şurasının katibi Əli Laricani və "Bəsic"in rəhbəri öldürülüb. Onlarsız iranlılar artıq təhlükəsizlikdədir" - deyə Gideon Saar bildirib.
"Yeri gəlmişkən, biz hələ də Müctəba Xameneini görməmişik. Onu görmək istəməzdinizmi, nazir?" - deyə, Saar estoniyalı həmkarından soruşub.
O, İranın ali liderinin gizlənməyə davam edə biləcəyini, amma üzünü göstərməli olduğunu, söyləyib.
Xatırladaq ki, İsrailin 12-ci kanalı etibarlı mənbələrə istinadən Laricaninin İsrail hücumundan sağ çıxa bilməyəcəyini bildirib.
İsrailin müdafiə naziri İsrael Katz da məlumatı təsdiqləyib.
Kanal qeyd edib ki, Laricaninin İslam Respublikasının ən güclü siyasi fiquru hesab olunub.
Oxşar xəbərlər
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair mövqeyi dünya mediasının diqqət mərkəzindədir
Rihanna ilk dəfə üçüncü övladının üzünü göstərdi
Gideon Saar: İsrail və Azərbaycan öz regionlarında sabitliyin dayağıdır
Məktəbdə BİABIRÇILIQ - İşçilər qazanxanada kabab çəkib, yeyib-içmək məclisi qurdular
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır













