"Milan" Rafael Leaunu satmağa hazırdır
"Milan" hücumçusu Rafael Leaunu satmağa hazırdır.
"Far.Az" "La Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, buna portuqaliyalı futbolçunun A Seriyasının XXIX turunda "Latsio" ilə matçda (0:1) əvəzlənməsinə verdiyi emosional reaksiya səbəb olub.
Martın 15-də baş tutan qarşılaşmanın 66-cı dəqiqəsində meydanı tərk etməli olan 26 yaşlı forvard narazılığını aktiv şəkildə ifadə etməyə başlayıb. Leau ona dəstək olmaq istəyən komanda yoldaşlarını itələyib və baş məşqçi Massimiliano Alleqriyə etirazını bildirib.
Mənbənin məlumatına görə, klub rəhbərliyi müqavilədəki 170 milyon avro təzminat məbləğinə baxmayaraq, futbolçu üçün gələn 80 milyon avrodan başlayan təklifləri dəyərləndirməyə hazırdır.
Qeyd edək ki, R.Leau 2019-cu ildən "Milan"da çıxış edir. O, bu mövsüm bütün turnirlərdə keçirdiyi 24 matçda 10 qol vurub və 2 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı oyunçunun dəyərini 70 milyon avro qiymətləndirir.
Oxşar xəbərlər
Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı - SİYAHI
"Fəvvarələr meydanı"nda TƏLİM - Yanğınsöndürən maşınlar sərbəst hərəkət edə bilmədi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AEBA rəhbəri Qazaxıstanda nüvə sahəsində əməkdaşlığı müzakirə edəcək
-
Holann cari mövsümdə İngiltərə Premyer Liqasının ən yaxşı bombardiri olub
-
Gürcüstandan Azərbaycana qanunsuz dərman keçirilməsinin qarşısı alınıb
-
Rubio: ABŞ Hörmüz boğazının açılışından sonra nüvə probleminin müzakirəsinə hazır olacaq
-
Füzuli sakinini ildırım vuraraq öldürüb
-
Mayk Conson: Trampa qarşı sui-qəsd cəhdləri adi hala çevrilib













