Qazaxıstan və Aİ enerji tərəfdaşlığını gücləndirir
Qazaxıstan və Avropa İttifaqı (Aİ) enerji sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivlərini, o cümlədən bərpa olunan enerji mənbələrinin inkişafı və transmilli layihələrin həyata keçirilməsini müzakirə ediblər.
"Report"un Qazaxıstan bürosu ölkənin Energetika Nazirliyinə istinadən xəbər verir ki, müvafiq məsələlər Qazaxıstan-Aİ energetika, nəqliyyat, ətraf mühit və iqlim dəyişikliyi alt komitəsinin 9-cu iclasında müzakirə olunub.
İclasa Qazaxıstan tərəfindən energetika nazirinin müavini Sanjar Jarkeşov, Aİ tərəfindən isə Avropa Xarici Fəaliyyət Xidmətinin Mərkəzi Asiya şöbəsinin rəhbəri Ditmar Krissler rəhbərlik edib.
Görüş zamanı tərəflər enerji sektorunda əməkdaşlığın cari vəziyyətini və perspektivlərini müzakirə ediblər. Xammalın, akkumulyatorların və bərpa olunan hidrogenin dayanıqlı təchizat zəncirləri sahəsində strateji tərəfdaşlığın inkişafına xüsusi diqqət yetirilib.
Oxşar xəbərlər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək













