Azərbaycan yeni dövlət standartlarının qəbulunu son 4 ildə 10 dəfə artırıb
2025-ci ildə Azərbaycanda qəbul olunmuş yeni dövlət standartlarının sayı 2021-ci illə müqayisədə təxminən 10 dəfə çox olub
"Report" xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) Baş direktorunun müavini Kəmalə Məmmədzadə "AZS ISO 20121:2026 Tədbir davamlılığının idarəetmə sistemləri" üzrə dövlət standartının təqdimatında bildirib.
Onun sözlərinə görə, əgər 2021-ci ildə ölkədə 36 yeni dövlət standartı qəbul olunubsa, bu rəqəm 2022-ci ildə 68, 2023-cü ildə 139, 2024-cü ildə 232, 2025-ci ildə isə 345 olub.
"Təkcə bu ilin yanvar-fevral aylarında 36 yeni dövlət standartı qəbul edilib. Eyni zamanda, 6 mövcud standartın təkmilləşdirilməsi, onların aktuallığının və tətbiqinin səmərəliliyinin müəyyən edilməsi məqsədilə normativ sənədlərin dövri yoxlaması həyata keçirilib", - deyə K.Məmmədzadə əlavə edib.
Bundan başqa, o deyib ki, 2024-2025-ci illərdə ətraf mühit, nəqliyyat və tikinti sahələri üzrə 82 yeni dövlət standartı qəbul edilib: "Bunun 32-si ətraf mühit, 25-i tikinti, 25-i isə nəqliyyat sahəsi üzrə qəbul edilib".
Oxşar xəbərlər
Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Arzu Əliyeva "Harmoniya" sənədli filminin təqdimatında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib
-
CENTCOM: Hörmüz boğazından 1,7 milyard bareldən çox neft daşınıb













