İran ABŞ ilə münaqişənin həllində potensial vasitəçilərin adını açıqlayıb
Far.Az xəbər saytı

İran ABŞ ilə münaqişənin həllində potensial vasitəçilərin adını açıqlayıb


İran ABŞ ilə münaqişənin həllində potensial vasitəçilərin adını açıqlayıb.

BAKU.WS "lenta.ru"ya istinadən xəbər verir ki, İran Çini ABŞ ilə razılaşmada mümkün vasitəçi adlandırıb.

Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

O "Əl-Cəzirə"yə verdiyi müsahibədə Çin də daxil olmaqla bir neçə ölkə Tehran və Vaşinqton arasındakı münaqişənin həllində vasitəçi kimi çıxış edə biləcəyini vurğulayıb.

"Mənim fikrimcə, bu rolu bir neçə ölkə oynaya bilər. Çin də onlardan biridir", - deyə İranın xarici işlər naziri bildirib.

O, Pekinin artıq 2023-cü ildə İran və Səudiyyə Ərəbistanı arasında barışığa nail olmaqla müsbət rol oynadığını xatırladıb.

Əraqçi onu da vurğulayıb ki, Çin bu cür vasitəçilik üçün güclü imkanlara malikdir, lakin digər ölkələrin də oxşar potensialı var.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər