İranın Ali Milli Təhlükəsizlik Şurasına yeni rəhbər təyin olunub
Far.Az xəbər saytı

İranın Ali Milli Təhlükəsizlik Şurasına yeni rəhbər təyin olunub


İran hakimiyyəti Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyinatı gecikdirməyib.

Far.Az xəbər verir ki, ölkənin ali rəhbəri Müctəba Xameneinin sərəncamı ilə bu posta sərt mövqeyi və Qərblə münasibətlərdə radikal xətti ilə tanınan Səid Cəlili gətirilib.

Rəsmi məlumata görə, Səid Cəlili bu vəzifədə ABŞ və İsrailin hücumu nəticəsində həlak olan Əli Laricanini əvəz edəcək.

Qeyd olunur ki, Cəlili İran siyasətində təcrübəli fiqur hesab olunur. O, müxtəlif yüksək vəzifələrdə çalışıb və ölkənin siyasi dairələrində geniş əlaqələrə malikdir.

Xatırladaq ki, Səid Cəlili 2024-cü ildə keçirilən prezident seçkilərində də iştirak edib, lakin seçkilərdə Məsud Pezeşkiana uduzub.

Bundan əvvəl məlumat verilmişdi ki, Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ABŞ və İsrail qırıcılarının hücumu nəticəsində həyatını itirib. Hadisə zamanı onun oğlu da həlak olub.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair mövqeyi dünya mediasının diqqət mərkəzindədir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər