Horovlu kəndində Novruz festivalı və sərgi-satış yarmarkası təşkil olunub
Far.Az xəbər saytı

Horovlu kəndində Novruz festivalı və sərgi-satış yarmarkası təşkil olunub


Cəbrayıl rayonunun yenidən qurulan Horovlu kəndində Novruz festivalı və sərgi-satış yarmarkası keçirilib.

"Report" xəbər verir ki, festival Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin təşəbbüsü, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti və "Aqrar tədarük və təchizat" ASC-nin birgə təşkilatçılığı ilə baş tutub.

Festival çərçivəsində Horovlu kənd bazarının açılışı baş tutub, kənd təsərrüfatı məhsulları və əl işlərinin yarmarkası təşkil olunub. Müxtəlif bölgələrdən fermer və investorlar üçün satış imkanı yaradılıb.

Festival çərçivəsində Novruz bayramının personajları olan Bahar qızı, Kosa və Keçəlin təqdimatında məzəli oyunlar, ənənəvi tamaşalar, həmçinin musiqiçilər, xanəndələr, aşıqlar, xor kollektivi, rəqqaslar və incəsənət xadimlərinin ifasında əyləncəli konsert proqramı təşkil olunub. Uşaqlar üçün xüsusi zonada kukla teatr tamaşası göstərilib, interaktiv fləşmoblar, viktorinalar keçirilib, hədiyyələr paylanılıb.

Sakinlər Novruz bayramının əsas simvolu kimi hazırladıqları kreativ səmənilərlə müsabiqəyə qatılaraq birincilik uğrunda mübarizə aparıblar. İctimai xadimlərdən ibarət münsiflər heyəti kreativlik, estetiklik və digər kateqoriya üzrə qalibləri müəyyən ediblər. Müxtəlif nominasiyalarda qalib gələn iştirakçılara hədiyyələr təqdim olunub. Ustad aşpazların iştirakı ilə səməni halvasının hazırlanması üzrə master-klas maraqla qarşılanıb. Horovlu kənd parkında təşkil edilən festivalda qonaqlar sacda hazırlanan lavaş, fəsəli, kətə, həmçinin bölgənin endemik bitikisi sayılan çirişotu kətəsinin dadına baxıblar.

Kəndirbazlar, pəhləvanlar, yumurta boyayayanlar və digərlərinin iştirakı ilə baş tutan Novruz festivalı sonda bayram tonqalı ətrafında birlik rəmzi olan Yallı rəqsi ilə başa çatıb.

Oxşar xəbərlər

Ağalı və Məmmədbəyli kəndlərində Novruz festivalı və sərgi-satış yarmarkası keçirilib
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Bakıda Zəfər muzeyinin açılışı olub
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda fermer təsərrüfatı ilə tanış olublar
Yurdumuza bahar gəlir!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər