ABŞ Hərbi Dəniz Qüvvələri üçün süzən torpedo hazırlanır
Far.Az xəbər saytı

ABŞ Hərbi Dəniz Qüvvələri üçün süzən torpedo hazırlanır


ABŞ Hərbi Dəniz Qüvvələrini (HDQ) silahlandırmağa çalışdığı perspektivli aviasiya əsaslı "Silent Anvil Air-Launched" (SAA-LT) torpedosu süzən sursat olacaq.

"Report" xəbər verir ki, bu barədə ixtisaslaşmış "Defense News" nəşrinin materialında deyilir.

Hazırda hərbçilər sursatın iki variantını nəzərdən keçirməyə hazırdırlar. Birinci layihə akustik siqnallar əsasında sualtı hədəfə doğru süzəcək təyyarə və dronlar üçün nəzərdə tutulmuş tamamilə yeni bir torpedodur. İkinci variant isə mövcud torpedolara bərkidilə bilən süzmə və tuşlama dəstidir.

Hərbçilər həm daxili bölmələrdə, həm də xarici asqılarda yerləşdirilə bilən silah əldə etmək istəyirlər. SAA-LT-ni mövcud "BRU-61/A" pilonlarında daşımaq istəyirlər. Əlavə edilib ki, perspektivli torpedo "GBU-39" kiçikqabaritli bombaya bənzər yığcam və yüngül forma-faktora malik olmalıdır. Məmulatın çəkisi 121 kiloqramı aşmamalıdır.

HDQ müqavilə bağlandıqdan sonrakı 18 ay ərzində torpedonun prototipini əldə etməyi planlaşdırır. Məmulatın nümayişindən sonra istehsalçı 180 ədəd tamölçülü SAA-LT istehsal etməlidir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
UEFA Konfrans Liqası: "Zirə" "Torpedo"nun qapısından üçüncü topu keçirib - YENİLƏNİB-6
"Azərbaycan Kinosu: Yığcam Ensiklopediya (1898 – 2025) kitabının təqdimat mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər