ABŞ-də 11 sentyabr terror aktları işi üzrə iclasın tarixi açıqlanıb
2001-ci il 11 sentyabr terror aktları işi üzrə əsas təqsirləndirilən şəxslərin məhkəmə prosesi 2028-ci il iyunun 5-də ABŞ-nin Quantanamodakı hərbi bazasında başlayacaq.
"Report" "The New Yort Times"a istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı Maykl Şramın qərarında deyilir.
Sənədə əsasən, terror aktlarının ehtimal edilən təşkilatçısı Xalid Şeyx Məhəmməd, Vəlid bin Əttaş, Mustafa əl-Həvsavi və Əmmar əl-Bəluçi kimi də tanınan Əli Əbdül Əziz Əli məhkəmə qarşısına çıxacaqlar. Qərarda deyilir ki, onların müdafiə tərəfi bu etirafların Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) gizli həbsxanalarında işgəncə altında verildiyini iddia edərək əsas etirafların iş materiallarından çıxarılmasına ardıcıl olaraq çalışır.
Qeyd edək ki, 2001-ci il sentyabrın 11-də ABŞ-də 19 terrorçu dörd sərnişin təyyarəsini ələ keçirmişdi. Onlardan ikisi Nyu-Yorkdakı Ümumdünya Ticarət Mərkəzinin əkiz qüllələrinə, digər ikisi isə Vaşinqtona yönəldilmişdi. Dördüncü təyyarə hədəfə çatmamışdı və Pensilvaniya ştatının Şanksvill şəhəri yaxınlığında qəzaya uğramışdı. Hücumlar nəticəsində 2 977 nəfər həlak olmuş, 6 000-dən çox insan isə yaralanmışdı.
Oxşar xəbərlər
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Natura meyvə şirələri daha bir sosial layihənin təşkilatçısı oldu
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Çempionlar Liqasında pley-offun cavab oyunları: "Fənərbağça" "Lion"a qarşı
-
Azərbaycanda yeni sanitariya norma və qaydaları təsdiq edilib
-
Qurban Qurbanov: "Tvente" ilə oyunda azarkeşləri sevindirməyə çalışacağıq"
-
Bu il ADEX silah sərgisində ilk dəfə Bakı Ekspo Mərkəzinin 5-ci pavilyonu istifadəyə veriləcək
-
Ötən gün 25 nəfər saxlanılıb
-
"Neftçi" Alessio Kurçi ilə yollarını ayırıb













