İsrail Tehranda hərbi obyektlərə zərbələr endirdiyini açıqlayıb
Far.Az xəbər saytı

İsrail Tehranda hərbi obyektlərə zərbələr endirdiyini açıqlayıb


İsrailin Hərbi Hava Qüvvələri gün ərzində İranın paytaxtı Tehranda yerləşən hərbi sənaye komplekslərinə zərbələr endirdiyini bildirib.

Far.Az xəbər verir ki, bu barədə İsrail Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Açıqlamaya görə, əməliyyatda 150-dən çox qırıcı təyyarə iştirak edib, 120-dən artıq sursatdan istifadə olunub.

Bildirilib ki, hədəflər arasında silahların tədqiqatı, hazırlanması və istehsalı ilə məşğul olan obyektlər yer alıb. İsrail tərəfi həmçinin ballistik raketlərin istehsal və saxlanıldığı iddia edilən məntəqələrin də vurulduğunu açıqlayıb.

Xatırladaq ki, daha əvvəl ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatlara başladığı bildirilmişdi. İran isə buna cavab olaraq İsrail ərazisinə raket zərbələri endirib. Eyni zamanda, İran qüvvələrinin ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum etdiyi qeyd olunub.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib
Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Gəncənin ballistik raket atəşinə tutulması əmrinin Ermənistan rəhbərliyi tərəfindən növbəti dəfə təsdiqlənib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər