Bakı Beynəlxalq Film Festivalının açılış mərasimi keçirilib
Bakı Beynəlxalq Film Festivalının açılış mərasimi keçirilib.
"Report" xəbər verir ki, Nizami Kino Mərkəzində keçirilən mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, festivalın beynəlxalq tərkibli münsiflər heyətinin üzvləri, həmçinin mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival bu il Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə keçirilən “Baku Cinema Breeze” (BCB) film festivalının bir hissəsidir.
Bu il Festival çərçivəsində ümumilikdə 26 ölkəni (Almaniya, Fransa, İtaliya, İngiltərə, Koreya, Çin, Hindistan, Kolumbiya, Rusiya, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Moldova, Xorvatiya, İran və digərləri) əhatə edən 79 film Nizami Kino Mərkəzində beş gün müddətində saat 11:00-dan nümayiş olunur.
Qeyd edək ki, festival filmlərinə giriş sərbəstdir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycanla Özbəkistan arasında 12 sənəd imzalanıb - YENİLƏNİB
Azərbaycan-Özbəkistan sənədləri imzalanıb - YENİLƏNİB - FOTO
İlham Əliyev və Mehriban Əliyeva "Sea Breeze"də açılış mərasimində - YENİLƏNİB
Prezident və birinci xanım “Sea Breeze”də LANDAU Məktəbinin və “The Grand” apart hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
AFFA Region Liqasına yeni formatda start verilib













