Süni intellektin səhvi qadını 108 gün həbsdə saxladı
Far.Az xəbər saytı

Süni intellektin səhvi qadını 108 gün həbsdə saxladı


ABŞ-nin Tennessi ştatında yaşayan 50 yaşlı Anjela Lipps süni intellekt əsaslı üz tanıma sisteminin səhvi nəticəsində törətmədiyi cinayətə görə 108 gün həbsdə qalıb.

Far.Az xəbər verir ki, məlumata görə, hadisə 2025-ci ilin aprelində Şimali Dakotada baş verən bank dələduzluğu ilə bağlıdır. Polis təhlükəsizlik kameralarındakı görüntüləri "Clearview AI" sisteminə yükləyib və sistem Anjela Lippsi şübhəli kimi müəyyənləşdirib.

2025-ci il iyulun 14-də federal agentlər qadının evinə basqın edərək onu saxlayıb. Lipps heç vaxt getmədiyi ştatda törədilmiş cinayətə görə həbs edilib və girovsuz olaraq saxlanılıb.

O, Tennessi və Şimali Dakota ştatlarında ümumilikdə 108 gün həbsdə olub. Daha sonra təqdim olunan sübutlar onun hadisə zamanı başqa yerdə olduğunu təsdiqləyib və ittihamlar ləğv edilib.

Polis rəhbərliyi hadisədə süni intellektə həddindən artıq etibar edildiyini və lazımi yoxlamaların aparılmadığını etiraf edib.

Qeyd olunur ki, qadın həbsdə olduğu müddətdə evini, işini və sağlamlığını itirib. Bu hadisə ABŞ-də üz tanıma texnologiyasının səhvi nəticəsində qeydə alınan doqquzuncu belə haldır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər