Azərbaycan Basketbol Liqasında müntəzəm mövsüm başa çatıb, "Abşeron Lions"un oyunçusu ciddi zədə alıb
Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümə yekun vurulub.
"Far.Az"un məlumatına görə, XX turun sonuncu oyununda "Sabah" "Abşeron Lions"la üz-üzə gəlib.
Bakı İdman Sarayında baş tutan qarşılaşma "bayquşlar"ın 105:72 hesablı qələbəsi ilə bitib.
A qrupunun oyunu xoşagəlməz hadisə ilə də yadda qalıb. Görüşün dördüncü periodunda "Abşeron Lions"un oyunçusu Ceylon Şou ciddi zədə alaraq meydanı xərəkdə tərk edib.
Xatırladaq ki, turun əvvəlki qarşılaşmalarında "Sərhədçi" "Sumqayıt"ı (93:89), "Ordu" "Lənkəran"ı (107:65), "Naxçıvan" "Quba"nı (103:96), "Gəncə" "Şəki"ni (84:73), "Neftçi" NTD-ni (93:83) məğlub edib.
Beləliklə, reqlamentə əsasən müntəzəm çempionatı A qrupunda ilk üç sırada bitirmiş "Sabah", "Abşeron Lions", "Neftçi" klubları və B qrupunun birincisi "Ordu" kollektivi birbaşa olaraq play-offa (1/4 final) vəsiqəni təmin ediblər.
1/8 final mərhələsində isə, "Naxçıvan" - "Sərhədçi", "Gəncə" - "Lənkəran", "Quba" - "Şəki", "Sumqayıt" - NTD oyunları baş tutacaq. 1/8 final seriyalarında ən tez iki qələbə qazanmış komandalar 1/4 finala vəsiqə qazanacaqlar. Oyunlar aprel ayında start götürəcək.
Oxşar xəbərlər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
"Fəvvarələr meydanı"nda TƏLİM - Yanğınsöndürən maşınlar sərbəst hərəkət edə bilmədi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kürdəmirdə toyda 92 nəfərin zəhərlənməsi ilə bağlı prokurorluqdan açıqlama
-
Azərbaycanda toyda kütləvi zəhərlənmə
-
Zığ şosesində yük maşını aşdı: Yol bağlandı
-
Şamaxıda avtomobil piyadanı vuraraq öldürüb
-
İsrailin "Elbit Systems" şirkəti öz məhsullarının istehsalını Azərbaycanda lokallaşdırmağı təklif edir
-
"Sabah" Azərbaycan Basketbol Liqasının yeni mövsümünə qələbə ilə start verib













