Bodrumda miqrant faciəsi: Batmış qayıqda 11 nəfər həlak olub
Far.Az xəbər saytı

Bodrumda miqrant faciəsi: Batmış qayıqda 11 nəfər həlak olub


Türkiyənin Bodrum sahillərində qeyri-qanuni miqrantları daşıyan qayıq batıb. Hadisə nəticəsində 11 nəfər ölüb, 21 nəfər isə xilas edilib.

Far.Az xəbər verir ki, hadisə səhər saatlarında Bodrumda qeydə alınıb. Məlumata görə, miqrantları daşıyan rezin qayıq hələlik müəyyən edilməyən səbəbdən batıb.

Hadisə yerinə çoxsaylı Sahil Mühafizə qüvvələri cəlb olunub. Axtarış-xilasetmə əməliyyatlarına helikopter də qoşulub.

Xilasetmə qrupları 11 nəfərin meyitini sudan çıxarıb. Eyni zamanda 21 nəfər sağ şəkildə xilas edilib.

Qayıqda ümumilikdə neçə nəfərin olduğu hələ dəqiq məlum deyil. Bu istiqamətdə araşdırmalar davam edir.

Hazırda bölgədə axtarış-xilasetmə işləri həm dənizdən, həm də havadan davam etdirilir.

Oxşar xəbərlər

Mingəçevirdə qəza zamanı xilasetmə əməliyyatlarına dair təlim keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər