İranın keçmiş xarici işlər naziri hava hücumunda yaralandı, həyat yoldaşı isə öldü
İranın keçmiş xarici işlər naziri Kamal Xarazi hava hücumu zamanı yaralanıb.
BAKU.WS xəbər verir ki, bu barədə "The Times Of Israel" qəzeti məlumat yayıb.
Bildirilib ki, bir vaxtlar Tehranın nüvə silahı əldə edə biləcəyini iddia edən İranın keçmiş xarici işlər naziri ağır yaralanıb. Həyat yoldaşı isə ölüb.
ABŞ və İsrailin 81 yaşlı Kamal Xarazini, yoxsa yaxınlıqdakı başqa bir ərazini hədəf aldığı isə bəlli deyil.
Məlumat üçün bildirək ki, Kamal Xarazi İranın dini ali lider Ayətullah Əli Xameneinin xarici işlər üzrə müşaviri vəzifəsində çalışıb.
2022-ci ildə o, "Əl-Cəzirə"yə verdiyi açıqlamada Tehranın nüvə bombası istehsal etmək üçün texniki vasitələrə malik olduğunu, lakin İranın nüvə bombası istehsal etmək qərarı vermədiyini və bunun Tehranın niyyətləri ilə bağlı narahatlığa səbəb olduğunu bildirib.
Müharibə başladıqdan sonra isə Xarazi CNN-ə belə bir açıqlama verib:
"Artıq diplomatiya üçün yer görmürəm. Çünki Donald Tramp başqalarını aldadır və vədlərinə əməl etmirdi və biz bunu iki dəfə danışıqlarda gördük. Danışıqlar apararkən onlar bizə zərbə vurdular".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Tovuzda hamilə qadın bıçaqlanıb
-
Zelenski: Müharibənin əvvəlindən bəri ən böyük əsir mübadiləsi hazırlanır
-
Xətaidə çirkab su problemi - Qurum nəzarətə götürdü
-
Sabiq futbolçu Almaniyada prezidentliyə namizəd olacaq
-
Azərbaycan Avropaya qaz ixracını artıracaq













