Brüs Uillis uzun fasilədən sonra ilk dəfə görüntüləndi
Məşhur Hollivud aktyoru Brüs Uillis uzun müddətdən sonra ictimaiyyət qarşısında görüntülənib.
Far.Az Xarici KİV-lərə istinadən xəbər verir ki, aktyor aprelin 1-də Los Anceles şəhərində avtomobildə olarkən kameralara tuş gəlib. Onun yanında yaxın dostunun olduğu bildirilir. Jurnalistlər aktyorun gülümsədiyini və yaxşı əhvalda göründüyünü qeyd ediblər.
Daha əvvəl aktyorun həyat yoldaşı Emma Heminq açıqlamasında bildirib ki, Uillis frontotemporal demensiya ilə mübarizə aparır. Onun sözlərinə görə, aktyor hələ də ailə üzvlərini tanıyır, lakin danışmaq qabiliyyəti getdikcə zəifləyir.
Qeyd edək ki, əvvəlcə aktyora afaziya diaqnozu qoyulsa da, sonradan bu diaqnozun dəyişdirildiyi və xəstəliyin daha ağır forması, frontotemporal demensiya olduğu açıqlanıb. Bu xəstəlik zamanla yaddaş və idrak funksiyalarının itirilməsi ilə müşayiət olunur.
Oxşar xəbərlər
Brüs Uillisdən danışan həyat yoldaşı: "Xəstəliyinin fərqində deyil"
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
AFFA Region Liqasına yeni formatda start verilib













