Tramp: İranı yaxın həftələrdə sərt zərbə gözləyir
Far.Az xəbər saytı

Tramp: İranı yaxın həftələrdə sərt zərbə gözləyir


ABŞ prezidenti Donald Trump İranla bağlı sərt açıqlamalar verib.

Far.Az xarici mediaya istinadən xəbər verir ki, o, Ağ Evdə xalqa müraciəti zamanı bildirib ki, ABŞ-ın İrandakı hərbi hədəflərinin böyük hissəsi artıq tamamlanmaq üzrədir və yaxın 2-3 həftə ərzində Tehrana qarşı ciddi zərbə endiriləcək.

Tramp qeyd edib ki, "epik qəzəb əməliyyatı" çərçivəsində müəyyən olunan əsas hədəflərin əksəriyyətinə nail olunub və əməliyyatın yekun mərhələsinə yaxınlaşılır. Onun sözlərinə görə, əgər bu müddət ərzində razılaşma əldə olunmasa, İranın elektrik stansiyalarına zərbələr endirilə bilər.

ABŞ prezidenti əlavə edib ki, Vaşinqtonun məqsədi rəsmi olaraq rejim dəyişikliyi olmasa da, bəzi yüksək vəzifəli şəxslərin zərərsizləşdirilməsi faktiki olaraq bu istiqamətdə nəticələr doğurub.

Tramp həmçinin bildirib ki, ABŞ Hörmüz boğazından keçən neftə ehtiyac duymur və bu marşrutdan istifadə edən ölkələr onun təhlükəsizliyinə cavabdeh olmalıdır. O, NATO ölkələrini boğaza nəzarəti ələ almağa çağırıb.

ABŞ lideri regionda İsrail, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Küveyt və Bəhreynə dəstəyə görə təşəkkür edib və əməkdaşlığın davam edəcəyini vurğulayıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər